Xəbər verdiyimiz kimi, "Quba"nın baş məşqçisi Elvin Həsənov komandanı tərk edib və "Şəki"yə üz tutub.

Rekord.az xəbər verir ki. onun ardınca 11 futbolçu da düşərgəni tərk edib.

Buna səbəb rəhbərliklə yaşanan problemdi. Belə ki, "Ağdaş"la 2:2 başa çatan matçdan sonra rəhbərlik tərəfindən futbolçulara sərt irad bildirilib, hətta klub prezidenti futbolçulara bazaya girməyi də qadağan edib. Bundan acığa düşən 11 futbolçu da dərhal düşərgəni tərk edib. Hazırda düşərgədə vəziyyət gərgindi. Baş məşqçisisiz qalan və aparıcı futbolçularını itirən "Quba"nın "Xankəndi" önünə hansı durumda çıxacağı indidən məlumdu.