
II Diviziona oynayacaq "Füzuli" heyətin yarısını göndərdi
- 22 İyn 2023 19:00
- 463
Yeni mövsüm II Diviziona hazırlıqlarına start verən "Füzuli" komandası, heyətin komplektləşdirilməsi işlərinə də başlayıb.
Klubun mətbuat xidmətindən Rekord.az-a daxil olan məlumata görə, bu mövsüm klubun azarkeşlərini yeni sürprizlər də gözləyir!
Komanda rəhbərliyi, qarşılıqlı razılığa əsasən bir çox futbolçularla yollarını ayırıb.
Komandadan ayrılan Azər Məmmədov, Elvin Yunsov, Murad Rəhimli , Şəhriyar Zərbəliyev, Nahid Mehrəliyev, Seymur Bəydəmirov, Elçin Həsənov, Nurlan Quluzadə və digər futbolçulara gələcək karyeralarında uğurlar arzulayır, bu günə qədər göstərdikləri əzmkarlığa görə öz təşəkkürünü bildirir. Yolunuz açıq olsun!