
II Divizion klubları ölkə kubokunda iştirak edəcək? ÖZƏL!
- 20 İyn 2023 15:00
- 1024
Məlum olduğu kimi, bu ildən Azərbaycan futbolunda II divizion da yaradıldı və 2023-24 mövsümündə həmin liqada 12 komanda mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, yarımhəvəskar status daşıyacaq bu divizionda yarışacaq hər komandaya dövlət tərəfindən AFFA-nın xətti ilə illik 50 min manat yardım ayırılacaq.
Burada oynayacaq komandaların ölkə kuboku uğurunda yarışlara qatılması da gündəmdədir. Artıq bununla bağlı ilkin müzakirələr olub və müsbət qərar qəbul olunub. Belə ki, ilkin mərhələ hesab olunacaq 1/16 final mərhələsində ilk olaraq mübarizəyə məhz II Divizion klubları da qoşulacaq.