İdarə rəisi goranboylu idmançını qəbul etdi
- 10:00
- 22
Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə I yerə layiq görülən Goranboy Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Abbaszadə Ayxan Səbuhi oğlu və onun məşqçi-müəllimi Tural Bədəlov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsində idarənin rəisi Elşən Hüseynov tərəfindən qəbul ediliblər.
Rekord.az xəbər verir ki, görüşdə Goranboy Uşaq-Gənclər İdman Məktəbinin direktoru Allahverdi İsmayılov da iştirak edib.
Elşən Hüseynov idmançını qazandığı uğur münasibətilə təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etdiyi üçün ona təşəkkürünü bildirib. İdarə rəisi, həmçinin idmançının bu uğurunda böyük əməyi olan məşqçi-müəllim Tural Bədəlovu təbrik edərək, onlara gələcək yarışlarda yeni uğurlar arzulayıb.
Sonda Ayxan Abbaszadə və məşqçi-müəllim Tural Bədəlov təşəkkürnamə ilə təltif olunublar və görüş xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.