Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında növbəti mövsümdən etibarən Premyer Liqada 21 yaşlı futbolçulardan məcburi istifadə ilə bağlı qərar ləğv edildi.

Rekord.az xəbər verir ki, bu məsələnin müzakirəsindən öncə İK üzvləri ilə AFFA Məşqçilər Komitəsi arasında ciddi fikir ayrılığı yaşanıb.

Məşqçilər Komitəsi 21 yaş limitinin saxlanılmasını istəyib və təklif edib ki, İK hazırkı formatı dəyişməsin. Lakin göründüyü kimi, İK məşqçilərin təklifini qəbul etməyib və 21 yaşla bağlı limiti ləğv edib.