Bir müddət bundan öncə AFFA rəhbərliyinin Şamaxının icra hakimiyyətindən mükafatla bağlı xahiş etməsi haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, rayon rəhbərliyin federasiyanın bu istəyinə müsbət cavab verib.

İcra hakimiyyətindən bildirilib ki, rayonun imkanlı şəxsləri ilə bu məsələni müzakirə edəcəklər və çalışacaqlar ki, "Şamaxı"nın ev oyunlarında qazanılan qələbə üçün futbolçulara müəyyən qədər mükafat fondu ayırılsın.