
İcra başçısı bu kluba dəstək olacağına söz verdi
- 13:00
- 105
Futbolun İnkişaf Fondunun direktoru Tural Piriyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla görüşüb.
Rekord.az xəbər verir ki, görüşdə 2025/2026 mövsümündə II Liqada çıxış edəcək "Ağstafa Gəncləri" ilə bağlı planlar müzakirə edilib.
İcra başçısı komandaya bacardığı qədər dəstək olacağına söz verib. Eyni zamanda, stadiondakı çatışmazlıqların aradan qaldırılmasına da icra hakimiyyəti tərəfindən dəstək olunacaq.