“Milan”ın futbolçusu Zlatan İbrahimoviç karyerası haqda danışıb.

Rekord.az “BBC Sport”a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu bunları deyib:

“Düzünü deyirəm, əvvəlki kimi qaçmıram. İndi daha çox ağılla hərəkət edirəm. İtaliya çempionatında hücumçu olmaq çox çətindir. Çünki çox texniki liqadır. Fəlsəfəsi qol buraxmamaq və qol vurmaqdır.

Qeyd edək ki, İbrahimoviç bu mövsüm 10 matça çıxaraq, 11 qol vurub və 2 qolun ötürməsini verib.