Kişi voleybolçular arasında Azərbaycan I liqasında II turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki,  “Murov” voleybol klubunun idman zalında baş tutan turun ilk matçı “Taleh – A.T” və “Həvəskarlar” komandaları arasında keçirilib. “Taleh – A.T” klubu 3:1 (15:25, 25:17, 25:16, 25:14) hesabı ilə qalib gələrək mövsümdə ilk qələbəsini qazanıb. Ardınca meydançaya “Təhsil” “Murov 2” klubuları çıxıblar. Bu qarşılaşmadan isə “Təhsil” komandası 3:0 (25:11, 25:20, 25:23) hesabı ilə qalib ayrılıb. II turun “Veteranlar” “Aura” görüşündə isə “Veteranlar” 3:0 (25:5, 25:8, 25:11) hesabı ilə qalib gəliblər. Günün son matçı  “Ryuqa” “Azərbaycan Ali Hərbi Məktəbi” komandaları arasında keçirilib.  “Azərbaycan Ali Hərbi Məktəbi” klubu 3:1 (23-25, 25:23, 25:21, 25:22) hesabı ilə qalib gələrək mövsümün ikinci qələbəsini qazanıb.
Birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov 2”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” komandaları çıxış edirlər. Reqlamentə əsasən komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Ardınca pley-off mərhələsi keçiriləcək. 
A qrupu : “Murov 2” , “Əlincə”, “Təhsil”, “Həvəskarlar”, “Taleh-A.T”
B qrupu : “Masallı”, “Veteranlar”, “Ryuqa”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Aura”

II turun nəticələri
16 yanvar
 “Taleh-A.T” - “Həvəskarlar” – 3:1 (15:25, 25:17, 25:16, 25:14)
 “Təhsil” - “Murov 2” – 3:0 (25:11, 25:20, 25:23)
 “Veteranlar” - “Aura” – 3:0 (25:5, 25:8, 25:11)
 “Ryuqa” - “Azərbaycan Ali Hərbi Məktəbi” – 1:3 (25:23, 23:25, 21:25, 22:25)

I turun nəticələri
“Həvəskarlar” - “Təhsil” - 0:3 (16:25, 10:25, 23:25)
“Əlincə” - “Taleh A.T” - 3:0 (25:20, 25:23, 25:19) 
“Ryuqa” - “Masallı” - 2:3 (25:20, 17:25, 25:23, 18:25, 14:16)
“Azərbaycan Ali Hərbi Məktəbi” - “Aura” - 3:0 (25:9, 25:7, 25:15)