I Liqa təmsilçisinin hazırlıq planı bu zaman bilinəcək
- 14:00
- 47
I Liqa təmsilçisi "Şahdağ"ın yay hazırlıq planı hələlik məlum deyil.
Rekord.az-a açıqlama verən komandanın yeni baş məşqçisi Füzuli Məmmədov bildirib ki, hər şey yeni mövsümün start tarixindən asılıdır.
Yəni Qusar klubu I Liqada yeni mövsümün nə za man start götürəcəyi ilə bağlı PFL-in məlumatını gözləyir. Bundan sonra həmin tarixə uyğun olaraq hazırlıq planı təşkil edəcək.