I Divizionda ciddi islahatlar aparmağı və səviyyəni qaldırmağı düşünən AFFA buradakı yaş limitini də dəyişə bilər.

Rekord.az-a daxil olan məlumata görə, söhbət yaşı 21-ə qədər olan futbolçularla bağlı limitdən gedir.

Hazırda bu limit 6-də. Yəni hər komandanın heyətində minimum 6 futbolçunun yaşı 21-dən yuxarı olmamalıdır. Növbəti mövsümdən isə bu sayın 3-ə endirilməsi gözlənilir. AFFA İcraiyyə Komitəsi yayda bu məsələyə baxa bilər.