Məlum olduğu kimi sabah bir araya gələcək AFFA İcraiyyə Komitəsi yeni mövsüm I Divizionda çıxış edəcək 10 klubun adını açıqlayacaq.

Rekord.az xəbər verir ki, bu klublardan 6-nın adı artıq məlumdu: "Zaqatala", "Qaradağ Lökbatan", MOİK, "İmişli", "Mingəçevir" və Premyer Liqadan gələn "Şamaxı".

Bu komandalara daha 4 komanda əlavə olunacaq ki, həmin "dördüy"ə 10-a yaxın komanda iddia edir. Lakin saytımıza daxil olan məlumata görə, İcraiyyə Komitəsi ilk növbədə bazası və stadonu olanlara üstünlük verəcək. Bu mənada ən şansı komandalar "Karvan", "Ağsu 04", "Xəzər Lənkəran 42" və "Araz" (Saatlı) görünür.