Məlum olduğu kimi, AFFA "Araz Naxçıvan", "İmişli" və "Mingəçevir"in növbəti mövsümdən I Divizionda çıxışı ilə bağlı qərar qəbul edib.

Rekord.az xəbər verir ki, hər üç klubun büdcəsi əsasən elə federasiyadan maliyyələşəcək.

Yalnız "Araz Naxçıvan" əlavə olaraq Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən də dəstək alacaq. Komandaların baş məşqçilərinə gəlincə, Naxçıvan təmsilçisinin baş məşqçisi postunda dəyişiklik olmayacaq və Azər Bağırov işinə davam edəcək. Lakin "İmişli" və "Mingəçevir"in baş məşqçisi məsələsi AFFA tərəfindən həll olunacaq. Federasiya hansı məşqçiyə üstünlük versə, həmin şəxs də baş məşqçi olacaq. Bununla bağlı qərar isə yaxın günlərdə veriləcək.