
I Diviziona buraxılan komanad Türkiyədə toplanış keçir
- 30 Apr 2022 10:17
- 528
Azərbaycan Region Liqasının final mərhələsinin oyunlarına hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" ilk yoldaşlıq görüşünü keçirib.
Rekord.az xəbər verir ki, rəqib Ərzurumu bölgənin həvəskar liqasında təmsil edən, cari mövsüm keçirdiyi oyunlarda uğurlu nəticələr qazanan, lakin pley-off şansını son oyunda əldə verən "Yakutiyespor" olub.
Güclü yağış altında oynanılan matçda "Araz-Naxçıvan" meydanı 4:1 hesablı qələbə ilə tərk edib.
Komandamızın heyətində Pərvin Rüstəmov dubl edib. Digər iki qolun müəllifi isə Sabir Məmmədov və Ayxan Həsənov olub.