
"Huner Group"un "Turan Tovuz"un idarə heyətindəki daha bir təmsilçisi məlum oldu ÖZƏL!
- 11 Fev 2023 17:46
- 7791
Xəbər verdiyimiz kimi, bu gün "Turan Tovuz"la əməkdaşlıq müqaviləsi imzalayan "Huner Group" klubun İdarə Heyətində iki şəxslə təmsil olunacaq.
Rekord.az-a daxil olan məlumata görə, həmin şəxslərdən biri Pərvin Orduxanlıdı.
İkinci şəxsin adı da bizə məlumdu. Həmin şəxs isə "Qəbələ"dən futbol ictimaiyyətinə yaxşı tanış olan Səməd Nəsibovdur. Şirkət tərəfindən onun da namizədliyi irəli sürülüb və idarə heyətinin toplantısında onun da adının təsdiqlənəcəyi gözlənilir. Nəsibov uzun illər "Qəbələ"də marketinq sahəsində çalışıb və böyük təcrübəyə malikdir.