Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Belarusun "Minçanka" klubu 22-ci turda "Dinamo Kazan" ilə qarşıaşıb. 

Səfərdə baş tutan görüş Rita və rəfiqələri üçün uğursuz alınıb. Belarusun Rusiya çempionatındakı təmsilçisi rəqib meydanında yalnız bir set qazana bilib. 4 hissə davam edən matçda "Minçanka" 1:3 (17:25, 11:25, 25:23, 24:26) hesabı ilə uduzub. 

Komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Stepanenko meydanda olduğu müddətdə 4 dəfə fərqlənib. O, meydan sahiblərini 3 dəfə hücumda, 1 dəfə isə blokda məyus edib.