Hücumçumuz Yunanıstan kubokunun qalibi oldu
- 08 Mar 2026 20:56
- 63
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova daha bir uğura imza atıb. "Rekord.az" xəbər verir ki, Yunanıstanda çıxış edən hücumçumuz ölkə kubokunun qalibi olub.
Rəhimovanın şərəfini qoruduğu "Panionios" finalda "Thira" klubu ilə qarşılaşıb. Dörd set davam edən görüşdə voleybolçumuzun komandası 3:1 (25:17, 25:15, 25:27, 25:20) hesabı ilə qalib gələrək Yunanıstan kubokuna sahib çıxıb.
Qeyd edək ki, Rəhimova bundan əvvəl Yunanıstan superkubokunu da qazanıb.