Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rusiya çempionatında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Leninqradka" klubu ilk turda "Uraloçka" ilə üz-üzə gəlib.
Doğma meydanda keçirilən görüşə pis başlayan voleybolçumuzun komandası 0:2 hesabı ilə geri düşüb. Lakin sonradan təşəbbüsü ələ alan "Leninqradka" növbəti üç hissəni aktivinə yazıb. 5 set davam edən qarşılaşmada Liza və rəfiqələri 3:2 (23:25, 14:25, 25:17, 25:23, 18:16) hesabı ilə qələbə qazanıblar. 

Komandasının ilk qələbəsini qazandığı görüşdə yığmamızın üzvü 11 dəfə fərqlənib. ruban bu xallardan 8-ni hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.