Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – “Neftçi” oyunundan sonra mətbuat konfransları ləğv olunmayacaq.

Rekord.az xəbər verir ki, bu haqda oxu.az-a “Neftçi”nin Marketinq, Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib:

“Saytınızda gedən məlumatdan sonra HİK-dəki həmkarımla əlaqə saxladım. O, oyunsonrakı mətbuat konfranslarının keçiriləcəyini bildirdi. Sadəcə olaraq, miks zonalarda futbolçulardan açıqlama almaq mümkün olmayacaq”.