Hidayət yarımfinala yüksəldi
- 14:20
- 31
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalına yüksəlib.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib.
Millinin lideri yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşacaq.
H.Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan), 1/8 finalda isə Dardan Çenanı (Kosovo) məğlub etmişdi.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.