Hidayət Heydərov Ər-Riyadda qızıl medal qazandı
- 22:41
- 29
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, o, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.
Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.
Digər cüdoçularımızdan Ruslan Paşayev (-66 kq) üçüncü yer uğrunda görüşdə Qırğızıstan cüdoçusu Erbol Abasbekovu ipponla məğlub edərək İslamiadanın bürünc medalına yiyələnib.
Aydan Vəliyeva (-52 kq) da üçüncü yer uğrunda görüşdə Muxayyo Axmatovaya (Özbəkistan) qalib gələrək bürünc mükafata sahib çıxıb.
Daha öncə Könül Əliyeva da -48 kq çəki dərəcəsində gümüş medal qazanmışdı.