Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tennis turniri
- 17 Mar 2023 10:30
- 596
Sədərəkdə ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş turnir keçirilib.
Rekord.az xəbər verir ki, Sədərək kənd 1 saylı tam orta məktəbdə reallaşan yarışa 30 yeniyetmə qatılıb.
İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.
Nəticələr:
Oğlanlar
1-ci yer: Ülvi Zamanov
2-ci yer: Qabil Qədimov
3-cü yer: Adil Kazımov
Qızlar
1-ci yer: Zeynəb Babayeva
2-ci yer: Cansu Zeynalova
3-cü yer: Nuray İbrahimova