Azərbaycan Respublikasının qurucusu və memarı, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Tələbə sağlamlıq spartakiadası”nın növbəti mərhələsi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsində təşkil olunmuş növbəti yarış Şahmat idman növü üzrə olmuşdur. Universitetlərin, Kolleclərin, Peşə məktəblərinin və Peşə liseylərinin tələbələri arasında keçirilmiş yarışda ümumilikdə 65 nəfər tələbə iştirak etmişdir.

Qeyd edək ki, “Tələbə sağlamlıq spartakiadası” 7 idman növündən (voleybol, şahmat, dama, stolüstü tennis, basketbol, futbol, atletika) olmaqla may ayına kimi davam edəcək.