
“Hər kəs çempion olmaq istəyir” – Rəşad Sadıqov
- 12 Sen 2025 22:20
- 49
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Çox sürətli, dinamik və keyfiyyətli oyun oldu. “Qarabağ”la keçirdiyimiz maraqlı oyunlardan biri idi. Hər iki komanda istəkli idi və buna görə emosional oyun keçirdik.
Qələbə qazanmaq istəyirdik, lakin təəssüf ki, alınmadı. Futbolçularıma göstərdikləri inamlı oyuna, cəsarətə görə təşəkkür edirəm.
“Qarabağ” çox sürətli, çox dinamik oyun oynadı. Futbolçularım çatdıra bilmirdi. 4-cü turdur. Tək “Qarabağ” yox, “Sabah”ı, “Turan-Tovuz”u, “Araz-Naxçıvan”ı nəzərə alsaq, bu çempionat daha rəqabətlidir. Təbii ki, hər kəs çempion olmaq istəyir. Bütün fikrimizi ilk növbədə avrokuboklara vəsiqə qazanmağa yönəltmişik.
Çox yaxşı futbolçu qarşımıza çıxsa, təbii ki, transfer edərik. Limit 17-dir. Komandalarımız çox yaxşı transfer etdilər, lakin bu rəqib olaraq bizi narahat edir. Biz də müəyyən transferlər etdik. Komanda sayının artması gözlədiyimizdən də çox effekt verdi. Yeganə çatışmayan məqam infastrukturun istənilən səviyyədə olmamasıdır”.