Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən “Heydər Əliyev ili”nə həsr olunmuş yeniyetmələr arasında həndbol üzrə Şəmkir rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə Şəmkir Olimpiya Kompleksinin direktoru Mahir Şirinov, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun Uşaq Gənclər İdman Məktəbinin baş hakimi Əli Əhmədov, məşqçi müəllimər iştirak edibdir.

Turnirdə 56 idmançı olmaqla 8 komanda iştirak edibdir.Yarış oyunun Əsasnaməsinə uyğun olaraq aparılıb. Yekunda 1-ci, 2-ci və 3-cü yer tutan komandalara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları təqdim olunub.