Gürcüstanın "Samtrediya" klubunda çıxış edən Nicat Qurbanov düşərgəni tərk edərək Bakıya qayıdıb.

Rekord.az xəbər verir ki, buna səbəb həmyerlimizin ciddi zədə alması olub.

Qurbanov bu il meydançaya çıxa bilməyək. Ona görə Bakıya qayıdan yarımmüdafiəçi zədəsini sağaldıb yanvarda yenidən Gürcüstana dönəcək.

Qeyd edək ki, hazırda hesabında 19 xal olan “Samtredia” 10 komandanın sıralamasında 7-ci pillədə qərarlaşıb.