Həkimlər "Real"ın futbolçusu Vinisius Juniorun koronavirusa yoluxduğundan şübhələnirlər.

Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan "Marca"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, tibb işçiləri braziliyalı hücumçudan götürülən analizdə anormallıq olduğunu bildiriblər: "İkinci dəfə test verib, cavabı gün ərzində deməlidirlər.

Hərdən belə də olur ki, test düzgün göstərmir. Amma istənilən halda futbolçu bu vəziyyətdə məşq edə bilməz. Ümid edirəm ki, Vinisius sağlamdır və sabah komanda ilə hazırlıqda iştirak edə biləcək".