"Nyukasl"ın hücumçusu Kallum Uilson komandasının 29-cu turda "Mançester Yunayted" üzərindəki 2:0-lıq qələbəsini şərh edib.

Rekord.az xəbər verir ki, o, “Sky Sport”a açıqlamasında bunları deyib: “Hücumçunun edə biləcəyi yeganə şey qol vurmaqdı. Bir neçə həftədir komandadan kənar qalmışam. Hücumçuya lazım olan əlinə düşən fürsətlərdən maksimum yararlanmaqdı. Ehtiyat oyunçular skamyasında oturmağı sevmirəm. Qarşıda uzun yolumuz var, lakin biz hədəfə doğru daha bir addım atmış olduq”.