Mütləq Döyüş Çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor ilə revanş döyüşünə hazırlaşmır.

 

Həbib Makreqoru onunla döyüşməyə layiq görmədi xəbər verir ki, Nurməhəmmədov Makqreqoru onunla revanş döyüşü keçirməyə layiq olmadığını bildirib. Bu barədə idmançının meneceri Əli Abdelaziz məlumat verib.

 

2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində Makqreqor ilə Nurməhəmmədov arasında döyüş keçirilib. "T-Mobile” arenasında təşkil olunan döyüş Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

 

Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçirdiyi 26 döyüşdən 22-də qələbə (19 vaxtdan əvvəl) qazanıb, 4 dəfə məğlub olub.