
Hazard: "Bu, mənim üçüncü dünya çempionatım olacaq"
- 15 Noy 2022 12:14
- 371
Belçika millisinin və "Real"ın futbolçusu Eden Hazard hələ də yüksək səviyyədə oynaya biləcəyinə əmindir.
Rekord.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında deyib: "İnsanlar mənim keyfiyyətlərimə şübhə edirlər. İki-üç ildə sıfır səviyyə düşmədim. Mən Belçika xalqına kapitanlarına güvənə biləcəklərini göstərmək istəyirəm. Məqsədimiz dünya çempionatında mümkün qədər irəliyə getməkdir.
Hələ də özümü göstərə biləcəyimi hiss edirəm. Mənim kifayət qədər çətinliklərim var. Bu, mənim üçüncü dünya çempionatım olacaq. Mən burada bütün gücümlə oynamaq istəyirəm".