
Harri Keyndən Premyer Liqada yeni rekord
- 05 Yan 2023 12:32
- 381
“Tottenhem”in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı hücumçu buna "Kristal Pelas"a 4:0 hesabı ilə qalib gəldikləri səfər oyununda dubl etməklə nail olub.
İngiltərə millisinin üzvü ölkə çempionatında vurduğu qolların sayını 198-ə çatdırıb. Keyn yığmanın sabiq forvardı Alan Şirerin 300 matçda ən çox fərqlənmə rekordunu qırıb.
Şirer Premyer Liqadakı ilk 300 qarşılaşmada 196 dəfə rəqib qapılarına yol tapmışdı.