“Hamımız 3 xala köklənmişdik” - Rəşad Sadıqov
- 21:00
- 33
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 23-cü turu çərçivəsində doğma meydanda "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
“Oyun bizim üçün çox yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib isə standart vəziyyətdən fərqləndi. İkinci hissəyə fəal başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiəyə diqqət yetirirdi. Son dəqiqələrdə künc zərbəsindən qol vurub 1 xal qazandıq. Mövsüm ərzində belə oyunlar olur. Hər iki qol standart vəziyyətdən oldu. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq, 1 xal da yaxşı nəticədir.
Oyundan əvvəl təbii olaraq hamımız 3 xala köklənmişdik. Amma gedişat elə idi ki, 1 xal qazandıq”.