AFFA Hakimlər Komitəsinin yeni sədri Barış Şimşək hakimləri qış toplanışı üçün Türkiyəyə aparmaq istəsə də hələlik məsələ sual altında qalıb.

Rekord.az xəbər verir ki, bu gedişlə güman ki, toplanış baş tutmayacaq.

Çünki federasiya rəhbərliyi toplanış üçün lazım olan vəsaiti ayırmaq istəmir. Əldə etdiyimiz məlumata görə, Şimşək ən azı 1 həftəlik toplanış ümidi ilə baş katib Sərxan Hacıyevlə yenidən görüşməyi düşünür.