Hakimlər Komitəsinin təşkilatçılığı ilə seminar keçirilib
- 14:40
- 31
Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti nəzəri seminar keçirilib.
Rekord.az xəbər verir ki, seminar ACF prezidentinin müşaviri Natiq Bağırov, qurumun hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının bu il yenilənmiş "İdman və təşkilatçılıq qaydaları" (SOR) kitabı üzrə müddəalar təkrar edilib, qaydalar ətrafında geniş müzakirələr aparılıb.