Futbol hakimlərimiz bu yay da ölkə xaricinə yollana bilməyəcək.

Rekord.az xəbər verir ki, AFFA hakimlərin təlim-məşq toplanışı üçün maliyyə ayırmağı lazım bilməyib.

Barış Şimşəyin də hazırda Türkiyədə olduğunu nəzərə alsaq, heç ölkə daxilində də ciddi təlim-məşq toplanışı gözlənilmir. Ədalət təmsilçilərinin yalnız gələn ay Mərdəkandakı "Dalğa Arena"da 10 günlük toplanış keçmək ehtimalı var.