İngiltərənin “Fulhem” komandasının futbolçusu Aleksandar Mitroviç ağır cəza ilə üzləşib.

Rekord.az xəbər verir ki, buna serbiyalı hücumçunun İngiltərə kubokunun 1/4 final mərhələsində “Mançester Yunayted”ə 1:3 hesabı ilə uduzduqları səfər oyunundakı davranışı səbəb olub.

Matçın referisi Kris Kavananın qərarlarından narazı qaldığı üçün onu itələyən 29 yaşlı forvard buna görə 8 oyunluq diskvalifikasiya olunub.

Bu azmış kimi, Mitroviçə 75 min avro cərimə də kəsilib.