
"Hakimi döyən komanda Birinci Diviziona yüksəlir. Bəlkə biz də belə edək?
- 01 May 2022 13:00
- 775
AFFA İntizam Komitəsinin sonuncu iclasında növbəti mövsümdə Birinci Divizionda 3 yeni komandanın iştirakı ilə bağlı qərar qəbul olundu.
Belə ki, “Mingəçevir”, “İmişli” və “Araz Naxçıvan” 2022/23 sezonunda “divizionda” mübarizə aparacaq.
Məlum qərardan sonra lənkəranlı futbolsevərlərin və “Xan Lənkəran” rəhbərliyinin narazılığı anlaşılandır.
Region Liqasında iddialı komanda formalaşdıraraq futbol ictimaiyyətinin rəğbətini qazanan, böyük futbolu yenidən Lənkərana qaytarmaq üçün dəridən-qabıqdan çıxan “Xan Lənkəran” başbilənləri məlum qərarla barışmır, haqlı narazılığını bildirir.
Rekord.az xəbər verir ki, klubun prezidenti Pərviz Hüseyn aprelin 29-dan 30-na keçən gecə “instraqram” hesabında canlı yayım açaraq fikirlərini dilə gətirib.
İş adamı AFFA-nın ünvanına kəskin tənqidlərini bildirib, assosiasiyanın inzibati binasına baş çəkəcəyini açıq şəkildə bəyan edib:
“Bilmirəm, bəlkə bizdən qorxurlar. Bütün tələblərə cavab verən komanda kənarda qalır, hakimi döyən komanda Birinci Diviziona yüksəlir. Bəlkə biz də belə edək?
AFFA-dan indiyə qədər komandamıza 1 qəpik də yardım olunmayıb. Heç buna ehtiyacımız da olmayıb.
Bizə çempionatın əvvəlində forma vermək istəyirdilər, dedim, lazım deyil. Hətta “AFFA-ya kömək lazımdırsa, mən özüm edərəm” demişəm. Bu, futbol adına haqsızlıqdır.