Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən qran-pridə etimadı doğruldub.

Rekord.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında mübarizə aparıb.

Hacıyeva finala qədər irəliləməyi bacarıb. O, həlledici raundda qazaxıstanlı Nautbek Akmarala uduzub və gümüş medalla kifayətlənib.

Şəhanə Hacıyeva 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.