Hacıyevadan Avropa Kubokunda gümüş medal
- 00:39
- 33
İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandası beynəlxalq yarışı bir medalla tamamlayıb.
Yığmanın heyətində 57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş medal qazanıb.
Turnirdə ölkəmiz ümumilikdə 6 cüdoçu ilə təmsil olunub.