“Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Haaland “Barselona”ya keçmək istəyir. 

Rekord.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 21 yaşlı norveçli hücumçu Kataloniya klubunda oynamaq üçün meneceri Mino Rayolanın da köməkliyinə ehtiyac duyub. 

Xəbərdə o da bildirilib ki, ​“Real” və “Mançester Yunayted”in də transfer siyahısında yer alan Haaland “Barselona”da oynamaq istədiyinə görə həmin klubların təklifindən imtina edib. 

Qeyd edək ki, Haaland 2020-ci ildən Dortmund təmsilçisində oynayır.