Haalanda 7-ci liqa klubundan rəsmi təklif
- 15 Noy 2022 12:45
- 375
"Mançester Siti"nin futbolçusu Erlinq Haalanda göndərilən təklif gündəmə düşüb.
Rekord.az Britaniya mətbuatına istinadən xəbrə verir ki, İngiltərənin 7-ci liqa təmsilçisi "Aşton Yunayted" norveçli hücumçunu DÇ-2022-nin müddətində icarəyə götürmək istəyir. Klub rəsmi təklifi Mançester klubuna göndərdiyini açıqlayıb.
Xatırladaq ki, Haalandın şərəfini qoruduğu Norveç millisi DÇ-2022-də oynamayacağı üçün futbolçu mundial müddətində rəsmi görüşlərdə iştirak etməyəcək.