Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, oyunlar çərçivəsində çimərlik güləşi üzrə yarış oktyabrın 14-15-də keçiriləcək. 

Oyunlarda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. Oktyabrın 14-də Pənah və Kənan, ertəsi gün isə İbrahimlə Oyan qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, reqlamentə əsasən hər çəkidə iştirakçılar əvvəlcə 2 qrupa bölünür. Hər qrupda ilk iki yeri tutan güləşçi yarımfinala vəsiqə qazanacaq.