
Göygöldə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş mini futbol turniri keçirilib
- 11 İyn 2023 15:00
- 373
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş mini futbol idman növü üzrə Göygöl turnirinin final mərhələsi keçirildi.
Rekord.az xəbər verir ki, turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 12 komanda mübarizə apardı.
Final mərhələsinin nəticələrinə görə Rayon Polis şöbəsinin komandası I yeri, Elektrik şəbəkəsinin komandası II yeri, Göygöl rayon Yanğından Mühafizə Hissəsi III yeri, Rayon İcra Hakimiyyətinin komandası IV yeri qazandı.
Final oyununda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov iştirak edərək, qalib komandaları təltif etdilər.