
“Gent” Bakıya yola düşdü
- 15 Fev 2023 13:45
- 398
Belçikanın "Gent" komandası Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi ilk oyun üçün Bakıya yola düşüb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın axşam saatlarına qədər Bakıda olması gözlənilir. Saat 19:45-də baş məşqçi Heyn Vanhazebrukun mətbuat konfransı təşkil olunacaq.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçına saat 21:45-də start veriləcək.