“Gəncə” basketbol komandasının yeni baş məşqçisi açıqlanıb.

Rekord.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından paylaşım edib.

Bildirilib ki, Azərbaycan çempionatının gümüş mükafatçısı türkiyəli mütəxəssis Bedri Meriçə həvalə olunub. 41 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanılıb.

Qeyd edək ki, ilk dəfə ölkə xaricində işləyəcək Bedri Meriç Türkiyədə “Anakaragücü” və “Böyük Anadolu” klublarında çalışıb. Onun oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür.