
"Gəncə"dən növbəti transfer
- 12:13
- 37
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu daha bir xarici oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, komanda braziliyalı voleybolçu Luisa Tomazı heyətinə qatıb.
24 yaşlı voleybolçu blokçu movqeyində çıxış edir. O, ən azı bir il Gəncə təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Tomaz ötən mövsümü Portuqaliyanın "Benfika" klubunda keçirib. O, Portuqaliya Superkubokunun və Portuqaliya Birinci Divizionunun qalibi olub, həmçinin Braziliya Super Liqasında gümüş medal qazanıb.