AFFA-nın Gəncədə iki yeni, təbii örtüklü meydança saldığı haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, hər iki meydança hazır olsa da "Kəpəz"ə hələlik orada məşq etməyə icazə verilmir.

Buna səbəb ot örtüyünün hələ tam bərkiməməsidir. Əldə etdiyimiz məlumata görə, ota qulluq edən şirkət martın sonlarında "Kəpəz"ə təbii otda ilk məşqi keçməyə icazə verəcək.