"Kəpəz"ə sponsorların tapılması üçün martın 9-da Gəncədə icra başçısı və iş adamlarının iştirakı ilə görüş keçirilib.

Rekord.az-a daxil olan məlumata görə, görüş o qədər də uğurlu sayıla bilməz.

Etibarlı mənbədən saytımıza ötürülən məlumata görə, şəhərin imkanlı şəxslərindən heç kim komandaya sponsorluq etməkdə maraqlı deyil. Birdəfəlik müəyyən pul yardımının əlehinə deyillər. Lakin daimi sponsorluğa heç kim yaxın durmur.