Gəncədə Avropa Kuboku bu gün başa çatacaq
- 05 Apr 2026 12:30
- 137
Gəncədə keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kuboku bu gün başa çatacaq.
Rekord.az xəbər verir ki, ikinci gündə daha səkkiz çəkidə mükafatçılar bəlli olacaq.
Oğlanlar 73 kq, 81 kq, 90 kq, +90 kq, qızlar 57 kq, 63 kq, 70 kq, +70 kq-da mübarizə aparacaqlar.
Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan turnurin ilk günündə Azərbaycanın yeniyetmə cüdoçuları 13 medal əldə ediblər.