Xəbər verdiyimiz kimi, AFFA rəhbərliyi idman nazirliyi ilə razılığa gəlib Gəncə stadionu sökməyi, yeni stadion tikməyi planlaşdırır.

Rekord.az-a daxil olan məlumata görə, əgər razılıq əldə olunsa, layihədə də dəyişiklik olacaq.

İlk növbədə qaçış zolağı ləğv ediləcək. Bundan başqa, yeni stadionun tutumu da az olacaq. Əgər hazırkı stadionun tamaşamı tutumu 25 min nəfərdirsə, yeni stadionun tutumu 15-20 min aralığında nəzərdə tutulub.